Xankəndidə qəhvə və çay festivalı keçiriləcək.
Bakuplus.az xəbər verir ki, tədbir 29 və 30 may tarixlərində, saat 11:00-dan 22:30-a qədər Xankəndinin Zəfər Meydanında baş tutacaq.
Festival "Flawless Solutions" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə qəhvə və çay növlərinin dequstasiyası, canlı konsert proqramı, rəqs çıxışları olacaq.
Uşaqlar üçün xüsusi oyun zonaları və interaktiv əyləncə proqramları nəzərdə tutulub. Axşam saatlarında Azərbaycanın tanınmış müğənniləri ilə canlı konsert proqramı çıxış edəcəklər, rəqs qrupları səhnəyə çıxacaqlar.
Giriş sərbəstdir.