"Həzi Aslanov" metrostansiyası ətrafında aparılan inşaat işləri sakinləri narahat edir.
Bakuplus.az xəbər verir ki, bununla bağlı sakinlər sosial şəbəkə hesablarında paylaşım ediblər.
Onların sözlərinə görə, ərazidə metro tikintisi demək olar ki, başa çatıb. İndi isə binaların zirzəmilərində yerləşən mağazalara yol açmaq üçün qazıntı işləri aparılır. Sakinlər bunun hündürmərtəbəli binalar üçün təhlükə yaratdığını bildirirlər.
Vətəndaşlar sözügedən vəziyyətdən narahat olduqlarını qeyd ediblər.
Bina sakinləri aidiyyəti qurumlara çağırış edərək məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini tələb edirlər.