Xətai rayonunun bir sıra ərazilərində su təminatında ciddi problemlər yaranıb.
Bakuplus.az xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial şəbəkələrdə paylaşım ediblər.
Sakinlərin yazdığına görə, rayonun Məhəmməd Hadi, Qaçaq Nəbi, Mehmandarov, Sarayevo küçələrində hazırda su yoxdur.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iki gün öncə təmir işləri çərçivəsində 25 və 26 avqust tarixlərində Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacağı barədə məlumat yaymışdı.
Ancaq sakinlərin yazdıqlarından belə anlaşılır ki, suyun verilməsi hələ bərpa edilməyib. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərilib.