top
Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır
29 sentyabr 2026, 15:54
- ↺ +

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şah İsmayıl Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı açıqlama yayıb. 

Qurumdan Bakuplus.az-a bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Qeyd edilib ki, dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir:
"Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, heykəlin kartuş (lövhə) hissəsində (üzərində ŞAH İSMAYIL XƏTAİ yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədilmiş metal lövhə) kiçik hərflərlə "ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ" ("Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov") yazılması böyük müzakirələrə səbəb olub.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər