top
Xırdalanda nəqliyyat paradoksu: Dayanacaq var, avtobus yoxdur
Video
11 oktyabr 2025, 16:39
- ↺ +

Xırdalanda nəqliyyat paradoksu: "Dayanacaq var, avtobus yoxdur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalan sakinləri ictimai nəqliyyat çatışmazlığından narazıdır.

Bakuplus.az-a müraciət edən şikayətçinin sözlərinə görə, şəhərdə avtobusların azlığı və köhnə vəziyyəti səbəbindən işə və dərsə vaxtında çatmaq demək olar ki, mümkün deyil.

4-cü kurs tələbəsi olan gənc saytımıza bildirib ki, hər səhər Mirzə Ələkbər Sabir küçəsindəki ("Dəyirman yolu" adlanan ərazi) dayanacaqda avtobus gözləmək səhrada qar gözləməyə bənzəyir.

"119, 135, 515 nömrəli avtobuslar qapıları belə bağlanmayacaq qədər dolu gəlir. İki üzbəüz 16 mərtəbəli bina var, bu qədər insan səhər nə işə, nə də dərsə gedə bilir. Dayanacaq var, amma avtobus yoxdur," – deyə tələbə bildirir.

Onun sözlərinə görə, avtobuslar çox vaxt köhnə olduğundan tez-tez sıradan çıxır, yolda qalır. Bu səbəbdən sakinlər ya 15-20 dəqiqə piyada digər dayanacaqlara getməli olurlar, ya da 2 manatlıq taksilərə müraciət edirlər:

"Xırdalan avtobusları istənilən saatda səbir daşıran hərəkətlər edir. Sıxlıq az olanda gec gəlirlər, sıxlıq çox olanda isə bəzi dayanacaqlarda ümumiyyətlə dayanmırlar". 

Sakinlər bildirir ki, bu ərazidə əhalinin sayı artdığı halda, nəqliyyat vasitələrinin sayı eyni qalıb. Onların fikrincə, ən azından az yüklənən xətlərdən avtobuslar bu istiqamətə yönləndirilməli, köhnə nəqliyyat vasitələri yenilənməlidir.

Şikayətçi gənc tələbə həmçinin Xırdalanda "işıqfor qıtlığı" problemini də vurğulayıb:

"Xırdalan dairəsindən sonra ilk işıqfor Abşeron Rayon Mədəniyyət Mərkəzinin qarşısındadır. Bu iki nöqtə arasında 3 km məsafə var və 12 piyada keçidi. İnsanlar yolu keçmək üçün "dua etməli" olurlar. Sanki şəxsi avtomobilin aşının yoxdursa, evdən çıxmamalısan."

Sakinlər aidiyyəti qurumlardan Xırdalanda ictimai nəqliyyat və yol təhlükəsizliyi məsələlərinə ciddi diqqət ayrılmasını tələb edirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Bu gün, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Bu gün, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Bu gün, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Bu gün, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Bu gün, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Bu gün, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Bu gün, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Bu gün, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Bu gün, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
Dünən, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Dünən, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Dünən, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Dünən, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Dünən, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Dünən, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Dünən, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Dünən, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Dünən, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Dünən, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Dünən, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Dünən, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Dünən, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Dünən, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Dünən, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Oxşar xəbərlər