top
Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın - 15 ildir üfunət içində yaşayan Maştağa sakinlərinin həyat dramı...
03 iyul 2026, 17:06
- ↺ +

"Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın" - 15 ildir üfunət içində yaşayan Maştağa sakinlərinin həyat dramı...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 13 ünvanında və ətraf ərazilərdə yaşayanlar illərdir həllini tapmayan ciddi sanitar problemlə üz-üzə qalıblar. 

Sakinlərin bildirdiklərinə görə, 15 ildən çoxdur ki, yaşadıqları ərazidə eyni acınacaqlı mənzərə hökm sürür.

Onlar deyirlər ki, küçənin girişində və yaşayış evlərinin qarşısında yerləşdirilmiş zibil konteynerlərinin ətrafı böyük  antisanitar sahəyə çevrilib.

Sakinlər qeyd edirlər ki, bu problem uzun illərdir davam etsə də, indiyədək köklü şəkildə aradan qaldırılmayıb. Hər gün eyni mənzərə ilə qarşılaşdıqlarını, eyni üfunəti hiss etdiklərini və eyni narahatlığı yaşadıqlarını deyirlər.

Ətraf küçələrdən, qonşu massivlərdən və müxtəlif yaşayış məntəqələrindən gələn insanlar da məişət tullantılarını məhz bu konteynerlərə atırlar. Nəticədə konteynerlər dolur, tullantılar isə ətrafa səpələnərək yolun kənarını, küçəni və yaşayış evlərinin qarşısını zibilliyə çevirir. Külək əsən zaman plastik torbalar, məişət tullantıları və digər zibillər bütün küçəyə yayılır, vəziyyət daha da ağırlaşır.

Yay aylarında isə problem dözülməz həddə çatır. Çürümüş tullantılardan yayılan üfunət  yaxınlıqdakı evlərə dolur. Pəncərə açmaq, həyətdə oturmaq, uşaqların açıq havada oynamasına şərait yaratmaq mümkün olmur. Sakinlər günün istənilən saatında bu qoxunu hiss edir və normal yaşayış imkanından məhrum olurlar.

Ən çox narahatlıq doğuran məqamlardan biri də odur ki, bu ərazidə çoxlu sayda azyaşlı uşaq və məktəblilər yaşayır. Onlar hər gün məktəbə gedərkən və evə qayıdarkən bu zibilliyin yanından keçməyə məcbur olurlar. Antisanitar şərait uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır. Milçəklər, müxtəlif həşəratlar və küçə heyvanları zibil ətrafında toplaşır ki, bu da infeksiyaların yayılması riskini artırır.

Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, müxtəlif instansiyalara şikayətlər ünvanlayıblar, problemin həlli üçün kömək istəyiblər, lakin vəziyyət dəyişmir. Əsas problem olan konteynerlərin yaşayış evlərinin qarşısından götürülməsi və ya daha münasib əraziyə köçürülməsi ilə bağlı heç bir tədbir görülmür.

Diqqət çəkən başqa bir məqam isə ondan ibarətdir ki, Maştağa qəsəbəsinin digər küçələrində zibil konteynerləri yol kənarında, yaşayış evlərindən müəyyən məsafədə yerləşdirilib. Konteynerlər birbaşa həyətlərin girişində quraşdırılıb. Bu isə həm sanitar, həm də estetik baxımdan qəbuledilməz vəziyyət yaradıb. Bəzən zibil maşınları yalnız sakinlərin dəfələrlə zəng edib israr etməsindən sonra əraziyə gəlirlər. Onlar da əksər hallarda zibil yeşiklərindəki zibili yandırırlar. Bu da sakinlərin onsuz da ağır olan vəziyyətlərini daha da çətinləşdirir. Qoxu, tüstü-duman evlərə dolur.

Bəzi hallarda isə konteynerlər boşaldılsa da, yerə səpələnmiş tullantılar olduğu kimi qalır. İşçilər bildirirlər ki, yalnız yeşikləri boşaltmaq onların səlahiyyətinə daxildir, əraziyə tökülən zibillərin təmizlənməsi isə onların öhdəliyi deyil. Nəticədə konteyner boşalsa belə, ətraf yenə də zibillik vəziyyətində qalır.

Sakinlər bildirirlər ki, ya kompensasiya verib onları başqa yerlərə köçürsünlər, ya da etirazlarını aidiyyəti qurumların binalarının qarşısında bildirəcəklər.

Mənbə: musavat.com

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
16 oktyabr 2026, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
16 oktyabr 2026, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Oxşar xəbərlər