top
Yaralı halda Qarabağdan oxuyan əsgər: O günlərdə hamımız Vətənin nəfəsi idik - ÖZƏL MÜSAHİBƏ
31 oktyabr 2025, 13:38
- ↺ +

Yaralı halda Qarabağdan oxuyan əsgər: "O günlərdə hamımız Vətənin nəfəsi idik" - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Torpaqlarımız 30 il ərzində düşmən tapdağı altında qaldı. Müzəffər ordumuz sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük Zəfər qazandı.Vətən müharibəsi təkcə döyüş meydanında deyil, insanların yaddaşında da dərin izlər qoydu. O günlərdə hər kəs öz payına düşəni etdi — kimisi silahla, kimisi sözlə, kimisi səslə. Həmin igidlərdən biri də xanəndə Məbud Əhmədov idi. Döyüşdə yaralanmış, amma ruhdan düşməmişdi. Əməliyyat masasında belə oxuduğu mahnı ilə həm döyüş yoldaşlarına, həm də xalqına güc verdi. Bakuplus.az-ın əməkdaşı onunla həmin günlərin unudulmaz xatirələrindən və bu günə qədər daşıdığı hisslərdən danışıb.

- Məbud bəy, sizi həm müğənni, həm də müharibə iştirakçısı kimi tanıyırıq. Hər ikisi çox fərqli hisslər tələb edir. Bu gün özünüzü daha çox hansı qismdə görürsünüz — sənət adamı kimi, yoxsa o günlərin döyüşçüsü kimi?  

- Mənim üçün hər ikisi – həm müğənni, həm də müharibə iştirakçısı olmaq həyatımın ayrılmaz hissələridir. Amma bu gün özümü daha çox sənət adamı kimi görürəm, çünki o döyüş günlərində qazandığımız qələbəni indi səhnədə, musiqi ilə yaşadıram.

- Dinləyicilərinizin sizdə ən çox sevdiyi xüsusiyyət nədir?

- Düşünürəm ki, dinləyicilərim məndə ən çox səmimiyyəti və səsimin duyğusunu sevirlər. Mən oxuyanda çalışıram ki, təkcə mahnı yox, hisslərim də səsə qarışsın.

- Yeni layihələr, duetlər və ya mahnılar planlaşdırırsınızmı? 

- Bəli, yeni layihələr üzərində işləyirəm. Bir neçə yeni mahnı və duet planım var. Mövzular həm vətənpərvərlik, həm də sevgi üzərində olacaq. Hər iki istiqamətdə öz sözümü demək istəyirəm.

- Hansı mövzularda oxumağı daha çox sevirsiniz və niyə? 

- Vətən mövzusunda oxumağı çox sevirəm. Çünki o hisslər mənim içimdədir — yaşadığım, gördüyüm, keçirdiyim anlar. Hər dəfə belə mahnı oxuyanda sanki yenidən o günlərə qayıdıram.

- Səhnə və şəxsi həyat arasında balans saxlamaq çətin olurmu?

- Əslində, asan deyil. Səhnə daim enerji, insanlar, tədbirlər deməkdir, şəxsi həyat isə sakitlik istəyir. Amma sevdiyim işi gördüyüm üçün bu balansı qorumağa çalışıram.

- Yaralı halda "Qarabağ" mahnısını ifa etməyiniz bir çox insanın yaddaşına həkk olunub. Həmin anı siz necə xatırlayırsınız?

- "Qarabağ" mahnısını yaralı halda ifa etdiyim an… Həmin hissi sözlə ifadə etmək çətindir. Ağrı da var idi, qürur da. Amma o an mən tək deyildim — xalqımın nəfəsini hiss edirdim.

- Yaralı bir qazinin səslənəndirdiyi "Qarabağ" mahnısının xalqda yaratdığı təsiri necə qiymətləndirirsiniz? 

- Xalqın bu mahnıya verdiyi dəyər mənim üçün ən böyük mükafatdır. İnsanlar o səsi bir qazinin ürəyindən gəldiyi üçün sevdi. Bu, təkcə mahnı yox, bir xatirədir, bir rəmzdir.

- Müharibə qazisi kimi bu gün Qarabağda quruculuq və həyatın bərpasını görmək sizdə hansı hissləri yaradır? 

- Qarabağda bu gün yenidən həyatın bərpa olunduğunu görmək məni həm kövrəldir, həm də sevindirir. Biz o torpaqlarda döyüşdük, indi isə insanların orada yaşamasını, gülməsini görmək qələbənin həqiqi mənasıdır.

- Döyüş meydanında olduğunuz günləri bir sözlə ifadə etməli olsanız, o söz nə olardı? 

- Döyüş günlərini bir sözlə desəm – Qürur. O günlərdə hamımız Vətənin nəfəsi idik.

- Müharibədən sonra həyata baxışınızda nə dəyişdi?

- Müharibə mənim həyata baxışımı tam dəyişdi. İndi hər şeyə daha çox dəyər verməyi, həyatın hər anını şükürlə yaşamağı öyrənmişəm.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Oxşar xəbərlər