top
Yasamalda yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edilib
04 fevral 2026, 12:30
- +

Yasamalda yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Bakuplus.az FHN-ə istinadən xəbər verir ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb. Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.

Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
Bu gün, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbər
Bu gün, 16:50

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Xəbər
Bu gün, 16:05

Bakıda 68 yaşlı ustanı "tok" vurub öldürdü

Xəbər
Bu gün, 15:05

Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi

Xəbər
Bu gün, 14:05

DİN aldadıcı zənglərlə bağlı çağırış etdi

Xəbər
Bu gün, 13:40

"TikTok"da canlı yayımda "cin çıxarırdı"- Saxlanıldı

Xəbər
Bu gün, 12:46

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər
Bu gün, 12:26

Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır

Xəbər
Bu gün, 12:07

"Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi

Xəbər
Bu gün, 11:58

72 mindən çox tibb işçisinin maaşı artırıldı - RƏSMİ

Xəbər
Bu gün, 11:20

Kişi uşaqlarını pişik olan evə buraxmadı - Qadın da üzünü cızdı

Xəbər
Bu gün, 10:42

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Xəbər
Bu gün, 10:09

"Uşağı incitməsinlər deyə pul ödəyirik": dövlət bağçalarında valideynlərdən niyə ödəniş alınır?

Xəbər
Bu gün, 09:59

Xarici diplomlarını tanıtmaq istəyənlərin NƏZƏRİNƏ

Xəbər
Dünən, 17:09

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Xəbər
Dünən, 16:10

Küləyə qarşı "tədbir": Soyuducu-vitrini ağaca bağladılar - VİDEO

Xəbər
Dünən, 15:17

Azərbaycanda balıq ovu mövsümü açıq elan edildi

Xəbər
Dünən, 14:20

Məktəbdən NARAZILIQ: "Bəs nazirlik nə işlə məşğuldur?" - VİDEO

Xəbər
Dünən, 13:22

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayır

Xəbər
Dünən, 12:42

Sabiq kanal rəhbərinin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Xəbər
Dünən, 12:10

Damı təmir edirdi, yıxılaraq öldü

Xəbər
Dünən, 11:10

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Xəbər
Dünən, 10:18

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Oxşar xəbərlər