top
Yaşar Nurinin doğum günüdür
03 sentyabr 2025, 14:01
- +

Yaşar Nurinin doğum günüdür

3 sentyabr korifey sənətkar, Azərbaycanın xalq artisti Yaşar Nurinin doğum günüdür.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

O həm teatr, həm kino aktyoru  kimi böyük uğur qazanıb, unudulmaz rollar yaradıb. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq edib, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi olub. Onun maraqlı rollarından biri də "Əzablı yollar" nağıl-filmindəki kiçik div obrazıdır.

Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanıb. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.

Onun 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və görkəmli sənətkarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili xaş" və "Bəyin oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin oğurlanması") obrazının xüsusi yeri var.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər şey yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlanmalıdır.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Bu gün, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Bu gün, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Bu gün, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Bu gün, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
Dünən, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Dünən, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Dünən, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Dünən, 16:11

"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Zahid Oruc

Xəbər
Dünən, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Dünən, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Dünən, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Dünən, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Dünən, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Dünən, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Dünən, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Dünən, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Dünən, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
20 sentyabr 2026, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Oxşar xəbərlər