top
Yeddi oğul istərəmin Cəlalının doğum günüdür
17 avqust 2026, 09:40
- ↺ +

"Yeddi oğul istərəm"in Cəlalının doğum günüdür

17 avqust görkəmli aktyor Ənvər Həsənovun doğum günüdür. 

O, 1950-ci ildə Bakıda anadan olub. Onun sənətə gəlişi hələ yeniyetmə yaşlarına təsadüf edir. 1965-ci ildə, 15 yaşında olarkən, məşhur sənətkar Adil İsgəndərovun "Azərbaycanfilm" kinostudiyasında yaratdığı kinoaktyor kursuna qəbul olunub. 1969-cu ildə kursu başa vurduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb və 1973-cü ildə məzun olub.

Ənvər Həsənov xüsusilə "Yeddi oğul istərəm", "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Babək" və "Atları yəhərləyin" kimi filmlərdə yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb. Aktyor həmçinin rejissor və ikinci rejissor kimi də fəaliyyət göstərib.

Həsənovun yaradıcılığında ən mühüm mərhələlərdən biri "Yeddi oğul istərəm" filmidir.  Cəlal obrazı onun sənət bioqrafiyasının ən parlaq səhifələrindən birinə çevrilib və uzun illər tamaşaçıların onu məhz Cəlal obrazı ilə xatırlamasına səbəb olub.

Onun məşhur rolları arasında "Uşaqlığın son gecəsi" filmində Murad, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan və "Atları yəhərləyin" filmində Sirac obrazları xüsusi yer tutur. Bu rollar aktyorun müxtəlif xarakterləri inandırıcı şəkildə canlandırmaq bacarığını nümayiş etdirirdi.

"Dərviş Parisi partladır" filmi Ənvər Həsənovun şəxsi həyatında da xüsusi əhəmiyyət daşıyırdı. O, filmdə gələcək həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə birlikdə rol alıb. Onların yaradıcılıq əməkdaşlığı "Atları yəhərləyin" filmində də davam edib.

Ənvər Həsənov yalnız aktyor kimi deyil, kino istehsalının müxtəlif sahələrində çalışan sənətkar kimi də tanınıb. O, sonrakı illərdə ikinci rejissor, rejissor köməkçisi və koordinator kimi fəaliyyət göstərib. Rejissor kimi "Haray, Xocalım, haray", "Tələ" və Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş "Sönməyən çıraq" kimi ekran əsərlərində çalışıb.

Aktyorun sənət fəaliyyətinə dövlət tərəfindən də yüksək qiymət verilib. Ənvər Həsənov 2000-ci ildə "Əməkdar artist", 2018-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülməsi də onun sənət yoluna verilən yüksək qiymətin göstəricilərindən idi.

Ənvər Həsənov 16 mart 2025-ci ildə 74 yaşında vəfat edib. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Oxşar xəbərlər