top
Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır - Aparıcı Rəvan Bağırov
22 sentyabr 2026, 17:26
- ↺ +

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Radio aparıcısı Rəvan Bağırov Bakının Ağ Şəhər ərazisindəki vəziyyətdən narazılığını ifadə edib.

Bakuplus.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək ərazidə avtomobillərin sürətlə hərəkət etməsi, düzgün park edilməməsi, səs-küy, küçələrin və səkilərin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

"Bir vaxtlar neft mədənlərinin və hisin simvolu olan Qara Şəhər illər sonra Bakının ən müasir, ən səliqəli məhəllələrindən birinə, Ağ Şəhərə çevrildi. Amma son vaxtlar burada gördüklərim məni ciddi narahat edir" deyə, Rəvan qeyd edib.

O, xüsusilə piyadaların təhlükəsizliyinə diqqət çəkib: "Yollarda sürətlə şütüyən avtomobillər ilk növbədə piyadalar üçün böyük təhlükə yaradır. Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır. Üstəlik, xüsusilə gecə saatlarında səsboğucusu dəyişdirilmiş avtomobillərin gurultusu sakinlərin rahatlığını pozur".

Aparıcı parklanma problemi və səkilərin avtomobillərlə tutulmasından da yazıb. O bildirib ki, bəzi ərazilərdə asfalt örtüyü dağılır, obyektlərin və reklam lövhələrinin sayının artması isə ərazinin əvvəlki memarlıq görünüşünə təsir edir.

Rəvan Bağırov "Qarabağ Atları" meydanındakı vəziyyətdən də narazılığını ifadə edib: "Gözəl heykəltəraşlıq əsəri ilə Bakının simvollarından birinə çevrilən bu meydan bu gün maşın bazarına, bəzi bloger və tiktokerlərin məkanın statusuna uyğun olmayan kontent və reklamları üçün çəkiliş meydançasına dönüb".

O, paylaşımının sonunda Ağ Şəhərin qorunmasının vacibliyini vurğulayıb: "Təəssüf ki, insanların öz şəhərinə biganə yanaşması və ümumi yaşayış massivlərinə nəzarətin zəif olması Ağ Şəhərdən də yan keçmədi".

Son xəbərlər

Xəbər
Bu gün, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Bu gün, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Oxşar xəbərlər