top
Zəngilan şəhərinin azad olunmasından 5 il ötür
20 oktyabr 2025, 00:01
- +

Zəngilan şəhərinin azad olunmasından 5 il ötür

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bakuplus.az Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 24-cü günü

• Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

• Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb. 

• Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Şəhid anası qızına böyrəyini verdi

Xəbər
Dünən, 17:30

Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

Xəbər
Dünən, 17:03

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanı axtarırlar - VİDEO

Xəbər
Dünən, 16:21

"10 mini olanın atasına lənət..." - Əhəd Abıyev

Xəbər
Dünən, 15:47

Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xəbər
Dünən, 15:36

Bakıda ŞOK QARƏT: Bankdan çıxardığı 200 min manatı götürüb qaçdı - VİDEO

Xəbər
Dünən, 14:37

Bakıda tələbə oğlanın meyiti tapıldı

Xəbər
Dünən, 13:44

Mehriban Xanlarova: "Mən susmamışam və susmaq fikrim də yoxdur" - ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 13:20

"Akkord"un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Xəbər
Dünən, 12:27

Yayda bu qidaları yeməyin - Mütəxəssisdən həyəcan təbili

Xəbər
Dünən, 12:26

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 11:50

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

Xəbər
Dünən, 10:52

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Xəbər
Dünən, 10:37

Skuter sürənlər qaydalara məhəl qoymadı, qəza şəraiti yarandı - VİDEO

Xəbər
Dünən, 09:59

Dostunu qətlə yetirən: "Hədələyirdi ki, anamı da, məni də öldürəcək"

Xəbər
Dünən, 09:55

Hüquqşünas alimə cinayət işi açıldı

Xəbər
Dünən, 09:28

Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi

Xəbər
22 iyul 2026, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Xəbər
22 iyul 2026, 17:53

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana gətirildi

Xəbər
22 iyul 2026, 17:40

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xəbər
22 iyul 2026, 17:09

Flora Kərimovanın səhhəti necədir? - ÖZƏL AÇIQLAMA

Xəbər
22 iyul 2026, 16:34

Bakı metrosunda iş rejimi dəyişdirilir

Xəbər
22 iyul 2026, 15:55

"Moyka"dan maşın qaçırdı, tutuldu

Xəbər
22 iyul 2026, 15:15

"Miss Azerbaijan 2019" modeli Türkiyə məhkəməsində qalib gəldi

Oxşar xəbərlər