top
Zibili təmizləyin, oynamaq istəyirik - Bu dəfə uşaqlar ETİRAZ ETDİ
Video
21 iyul 2026, 18:09
- ↺ +

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonu, Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksində sakinlər obrazlı şəkildə desək, zibilə düşüblər. 

Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, yaşayış kompleksində məişət tullantılarının qalaqlanması ciddi antisanitar vəziyyət yaradıb. Xüsusilə yay aylarında pis qoxu və milçək əlindən dayanmaq olmur. 

Vətəndaşların sözlərinə görə, zibil konteynerlərinin azaldılması vəziyyəti daha da ağırlaşdırıb. 

Məsələyə yaşayış kompleksinin balaca sakinləri də diqqət çəkməyə çalışıblar. Onlar "AAAF Park"ın rəhbəri Tofiq Heydərova ünvanladıqları plakatlarla etirazlarını ifadə ediblər. Uşaqların hazırladığı plakatlarda "Tofiq əmi, təbiəti qoruyaq. Zibili buradan götürün", "İtlər zibilliyə hücum edir", "Zibili götürün ki, rahat oynayaq" kimi çağırışlar yer alıb.

Sakinlər problemin qısa zamanda aradan qaldırılmasını və ərazidə mütəmadi zibil daşınmasının təmin olunmasını istəyirlər.

Məsələ ilə bağlı "AAAF Park" yaşayış kompleksi ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən ərazidə zibil konteynerləri sanitar və normativ qaydalara uyğun yerləşdirilib: 

"Sakinlərin əsas məqsədi odur ki, o zibil konteynerləri oradan götürülsün. Bu isə qeyri-mümkündür. Hər binadan 25-30 metr uzaqlıqda zibil qabı qoymuşuq. Həmin zibil konteynerləri həm üst, həm də yan tərəfdən qapalı şəkildə yerləşdirilib. Sadəcə bir gün - dünən zibil maşını gec gəldiyi üçün zibil konteynerləri dolub, ətrafa yayılıb. Ancaq   daha sonra həmin ərazi tam yuyulub və dezinfeksiya edilib". 

Kompleksin məsul şəxsi qeyd etdi ki, sakinlərin alternativ fikirləri varsa, razılaşa bilərlər. 
"Ortaq məxrəcə gəlmək istəyirik. Hara desələr, ora qoyarıq. Amma bilirlər ki, alternativ variant yoxdur. Həmin küçədəki bir neçə sakinin 300-400 manat kommunal borcları var. Onlar da buna görə belə vəziyyət yaradırlar. Zibilin daşınması ilə bağlı "Abad Abşeron"la 7 min manata yaxın məbləğdə müqavilə bağlamışıq. Bu pulu haradan ala bilərik? Binaların saxlanılması, blokların işıqlandırılması - hamısını sakinlərdən yığılan kommunal pullarla ödəyirik. Bəzi sakinlər də illərlə pul ödəmirlər, belə üsullara əl atırlar", - deyə "AAAF Park" yaşayış kompleksindən bildirilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Bu gün, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Bu gün, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Bu gün, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Bu gün, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Bu gün, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Bu gün, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Bu gün, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Bu gün, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Bu gün, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Bu gün, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Bu gün, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Xəbər
Bu gün, 10:04

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvlərinin şikayəti təmin edilmədi

Xəbər
Bu gün, 09:22

Bakıda yaşayış binasında yanğın olub

Xəbər
Bu gün, 08:50

Bakıda bu yollarda sıxlıq var

Xəbər
Dünən, 17:05

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Xəbər
Dünən, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Dünən, 15:55

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbər
Dünən, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Dünən, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Dünən, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Dünən, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Dünən, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Oxşar xəbərlər