top
Zirədəki mühit yaxşı deyildi - Leroy Mikels
08 avqust 2026, 10:42
- +

"Zirə"dəki mühit yaxşı deyildi - Leroy Mikels

Yay fasiləsində "Zirə"dən ayrılaraq Almaniyanın III Liqa təmsilçisi "Valdhof Manhaym"a transfer olunan Leroy Mikels müsahibə verib.
 
31 yaşlı almaniyalı hücumçu Azərbaycanda keçirdiyi 2 il, "Zirə"dən ayrılmasının səbəbləri, "Neftçi"yə transferinin baş tutmaması, qardaşı Coy-Lens Mikelsin "Sabah"dakı çıxışı və gələcək planları barədə danışıb.
 
O, "Zirə"də davam etməməyinizin əsas səbəbi nə oldu?" sualına belə cavab verib: "Əsas səbəb o idi ki, məndən necə istifadə etməyi bilmirdilər. Mənim əsas mövqeyim sol cinahdır, amma demək olar ki, həmişə hücumçu kimi oynayırdım. Sol cinahda çıxış edəndə komandaya həmişə xüsusi nəsə verirdim. Bunu Ruanda milli komandasında da göstərdim. Öz mövqeyimdə oynadım, iki qol vurdum və oyunun ən yaxşı futbolçusu seçildim. Sonra "Zirə"yə qayıtdım, sol cinahda oynayıb qol vurdum, amma yenə məni hücumçu kimi oynatdılar. Bunun heç bir mənası yox idi".
 
Mikels bildirib ki, "Zirə"dəki mühit də o qədər yaxşı olmayıb: "İnsan özünü rahat hiss etmirdi. Komandanın futbol üslubu isə çox passiv, statik və robotik idi. Amma əminəm ki, öz mövqeyimdə oynasaydım, "Zirə" turnir cədvəlində daha yuxarı yerlərdə olardı. Təəssüf ki, hər şey istədiyim kimi alınmadı".
 
Futbolşu deyib ki, "Neftçi"ni çox bəyənir: "Neftçi"ni çox bəyənirəm. Klubun idman üzrə müşaviri Kamil Məmmədovla da yaxşı münasibətlərim var. Amma bəzən klubun başqa planları olur və buna hörmətlə yanaşmaq lazımdır. Maliyyə məsələsi deyildi. Sadəcə, klubda yalnız bir nəfərin səni istəməsi kifayət etmir. Transferin baş tutması üçün bütün klubun buna inanması və dəstəkləməsi lazımdır. Təəssüf ki, elə olmadı".
 
Mikels "Qardaşınız Coy-Lens "Sabah"dan ayrılıb xaricə getsə də, karyerası alınmamış və yenidən "Sabah"a qayıtmışdı. Onun legioner təcrübəsi qərarınıza təsir etdi?" sualına isə belə cavab verib: "Hər kəsin öz yolu var. Əlbəttə, onunla bu barədə danışırıq. Amma sonda özümlə bağlı qərarı özüm verirəm. O isə hər zaman məni dəstəkləyir".

Mənbə: teleqraf.az

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
Dünən, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
Dünən, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
Dünən, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
Dünən, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
Dünən, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
Dünən, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Xəbər
Dünən, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Dünən, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Dünən, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Dünən, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Dünən, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
21 sentyabr 2026, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
21 sentyabr 2026, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
21 sentyabr 2026, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
21 sentyabr 2026, 16:11

"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Zahid Oruc

Xəbər
21 sentyabr 2026, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
21 sentyabr 2026, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
21 sentyabr 2026, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
21 sentyabr 2026, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
21 sentyabr 2026, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
21 sentyabr 2026, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
21 sentyabr 2026, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Oxşar xəbərlər