top
Zirəddin Rzayev: Zəngəzur dəhlizinin açılması ehtimalı da mövcuddur – ÖZƏL AÇIQLAMA
30 dekabr 2025, 17:25
- ↺ +

Zirəddin Rzayev: "Zəngəzur dəhlizinin açılması ehtimalı da mövcuddur" – ÖZƏL AÇIQLAMA

2026-cı ilin gəlişinə az qalmış cəmiyyətdə yeni ilə dair ümid və gözləntilər daha da artır. Yeni ilin yaxınlaşması təkcə təqvim dəyişikliyi deyil, eyni zamanda cəmiyyətin psixoloji durumunun göstəricisi kimi dəyərləndirilir. İnsanlar bu dövrdə gələcəklə bağlı daha çox düşünür, baş verəcək prosesləri öncədən anlamağa çalışırlar. Məhz bu axtarışlar fonunda 2026-cı ilin astanasında ekstrasenslərin səsləndirdiyi proqnozlar geniş maraq doğurur.

Ekstrasens Zirəddin Rzayev Bakuplus.az-a açıqlamasında 2026-cı ili "hiyləgər və avantürist il" kimi xarakterizə edib. Onun sözlərinə görə, bu ildə 2027-ci ildə baş verə biləcək müharibələrin bünövrəsi qoyulacaq: "2026-cı il siyasətçilərin ilidir. Bu il olduqca həssas dövr hesab olunur. Böyük müharibələr olmayacaq, lakin gələcək münaqişələrin əsası məhz bu ildə formalaşacaq. Bu il çoxbilmişlər və hiyləgərlər qazanacaq. Avam olmamaq lazımdır".

Z.Rzayev qeyd edib ki, 2026-cı ildə Azərbaycanda böyük fəlakətlərin yaşanması gözlənilmir:"2027-ci il daha uğursuz olacaq. Ukrayna və Rusiya arasında atəşkəs mümkündür, lakin razılaşmalar uzun illər çəkə bilər. Şərqdə baş verən proseslərin təsiri bölgəmizdə də hiss olunacaq. 2026-cı ildə sülh müqaviləsinin imzalanması real görünür".

Ekstrasens əlavə edib ki, 2026-cı il geosiyasi hadisələrlə və təbii proseslərlə yadda qalacaq. Onun proqnozlarına görə, Ukraynanın taleyi və sülh sazişi məsələsi əsasən 2026–2027-ci illərdə həllini tapacaq. İranda gərginliyin artacağı ehtimal edilsə də, bunun genişmiqyaslı müharibəyə çevrilməyəcəyi bildirilir. Rusiya–Azərbaycan münasibətlərində isə ciddi gərginlik gözlənilmir.

Z.Rzayev 2026–2027-ci illərdə Zəngəzur dəhlizinin açılması ehtimalının da mövcud olduğunu vurğulayıb.Bununla yanaşı, ekstrasens 2025 və 2026-cı illərdə dünyada sunami ehtimalının yüksək olduğunu, 2030-cu ilə qədər isə planetin görünməmiş təbii fəlakətlərlə — zəlzələlər və vulkan püskürmələri ilə üzləşə biləcəyini iddia edib.

Qeyd edək ki, 2026-cı il Şərq təqviminə görə At ili hesab olunur və bu ilin dinamik, enerjili və dəyişikliklərlə zəngin keçəcəyi gözlənilir.

Əsmər Sənani

Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Bu gün, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər