Bu gün Xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür.
Bakuplus.az xəbər verir ki, sənətçi 1967-ci ildə Bakı şəhərində anadan olub.
Uşaqlıqdan incəsənətə marağı olan Zülfiyyə babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər" verib.
Z. Xanbabayeva 161 nömrəli məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Zülfiyyə İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsinə daxil olub. 1989-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edib və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını ifa etməklə finala çıxıb.
1994-cü ildə Xalq artisti Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlayıb.
2005-ci ildə "Canım məmləkətim " adı altında Azərbaycanın dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxıb. İndiyə kimi Zülfiyyənin 14 klipi və 5 albomu işıq üzü görüb. 2003-cü ildə Zülfiyyə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb. 2008-ci il 17 sentyabr tarixindən isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Xalq artisti adını alıb.
Ailəlidir və Dəniz adında bir qızı var.