Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb.
Bakuplus.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ünvana göndərilən təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub.
Qeyd edək ki, ilkin məlumata əsasən, təhsil ocağının içərisinə pəncərədən daş atılıb. Əməli törədən şəxslər saxlanılıb.