Son günlər "Sədərək" və "Binə" ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı və başqa əraziyə köçürüləcəyi barədə iddialar yayılıb.
Məlumata görə, hər iki ticarət mərkəzinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi, hazırkı ərazilərində isə universitet korpuslarının tikiləcəyi deyilir.
Məsələ ilə bağlı " Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimlə əlaqə saxladıq. O, Bakuplus.az-a açıqlamasında bildirdi ki, yayılan məlumatlar əsassızdır və mərkəz əvvəlki qaydada fəaliyyətini davam etdirir.
"Son bir neçə gündür belə məlumatlar sosial şəbəkələrdə yayılıb. Tamamilə yalandır. Ticarət mərkəzi fəaliyyətini dayandırmayacaq. Sizin sayt vasitəsi ilə də müraciət edirəm, hər kəs bilsin ki, bu məlumat şayiədir".