top
Azərbaycan-Ermənistan Sülh körpüsü dialoqunun beşinci görüşü başa çatıb
Bu gün, 17:28
- ↺ +

Azərbaycan-Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Sülh körpüsü" təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb.

Bakuplus.az xəbər verir ki, "Sülh körpüsü" təşəbbüsü adından yayılan açıqlamada bildirilib ki, iki günlük görüşdə hər iki ölkədən ictimai təşkilatların, media və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsi iştirak edib.

Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanları, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş mümkün addımlar müzakirə olunub.

İştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar.

Dəyirmi masa çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla da görüşüblər. Görüşdə onlara suallar ünvanlanıb, fikir və mövqelər müzakirə edilib.

Tədbir çərçivəsində komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ictimai məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə müzakirələr keçirilib.

Açıqlamada qeyd olunub ki, görüş iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım olub.

"Sülh körpüsü" təşəbbüsünün fəaliyyətini və əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlərini davam etdirəcəyi bildirilib.

Son xəbərlər

Siyasət
Bu gün, 15:02

Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Kriminal
Bu gün, 13:34

Bakıda ərini öldürərək həyətdə basdıran qadının apellyasiyasına baxıldı

Kriminal
Bu gün, 12:36

Özünü kommunal xidmət işçisi kimi təqdim edərək oğurluq edən şəxs saxlanılıb

Siyasət
Bu gün, 11:57

Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib

Aktual Xəbərlər
Bu gün, 11:25

Məleykə Abbaszadə: "Tələbələrin müraciətini nəzarətə götürmüşəm"

Aktual Xəbərlər
Bu gün, 10:56

Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Xəbər
Bu gün, 10:29

Ali Məhkəmə körpənin ölümü ilə bağlı cinayət işində yol verilmiş hüquqi pozuntuları müəyyən edib

Xəbər
Bu gün, 10:18

Adı generalın qızı ilə məhkəmə işində hallanan ANAMA-nın sədr müavini işdən çıxarıldı

Xəbər
Bu gün, 09:31

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Aktual Xəbərlər
Dünən, 17:59

Xırdalan–Sumqayıt qatarlarının hərəkəti ilin sonuna qədər bərpa olunacaq

Aktual Xəbərlər
Dünən, 17:12

Balaxanıda zibilin içindən elə şeylər çıxır ki...

Xəbər
Dünən, 16:29

Bakıda evdən qaçıb parkda gecələyən uşaq sığınacağa yerləşdirildi

Xəbər
Dünən, 15:00

26 nəfəri aldadan qadına bu cəza verildi

Xəbər
Dünən, 14:55

Ana olmaq arzusu ilə yaşayan sənətkarın kədərli hekayəsi

Xəbər
Dünən, 14:32

Bakıda kişi borcunu istəyən sevgilisini döydü

Xəbər
Dünən, 13:08

Rusiyalı azarkeşin "Barselona" arzusu Bakıda nakam qaldı

Aktual Xəbərlər
Dünən, 12:18

Əmircanda 16 yaşlı oğlan anasının sevgilisini qətlə yetirdi

Xəbər
Dünən, 12:15

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Xəbər
Dünən, 11:50

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Siyasət
Dünən, 10:32

"Sülh körpüsü" dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

Kriminal
Dünən, 09:50

Bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadının məhkəməsində 363 min manatlıq iddia

Xəbər
Dünən, 09:39

"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib

Aktual Xəbərlər
25 noyabr 2026, 17:31

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Oxşar xəbərlər