top
Bakıda ərini öldürərək həyətdə basdıran qadının apellyasiyasına baxıldı
Bu gün, 13:34
- ↺ +

Bakıda ərini öldürərək həyətdə basdıran qadının apellyasiyasına baxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimova barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən yekun iclasda qərar qəbul edilərək Elmira İbrahimova barəsindəki birinci instansiyanın çıxartdığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, sözügedən cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi iclaslarda araşdırılıb. Sonda prokuror Elmira İbrahimovanın 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib və hakim də təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardıb.

Xatırladaq ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Qəsəbədə yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1 ildən sonra Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılaraq ittiham irəli sürülüb. 
Təqsirləndirilənin məhkəmədəki ifadələrindən məlum olub ki, o həyat yoldaşını ona işgəncə verdiyinə görə həyatdan məhrum edib. Bundan sonra o, meyiti həyətdə qazdığı quyuda basdıraraq 11 ay gizlədib.

Mənbə: unikal.az

Son xəbərlər

Kriminal
Bu gün, 12:36

Özünü kommunal xidmət işçisi kimi təqdim edərək oğurluq edən şəxs saxlanılıb

Siyasət
Bu gün, 11:57

Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib

Aktual Xəbərlər
Bu gün, 11:25

Məleykə Abbaszadə: "Tələbələrin müraciətini nəzarətə götürmüşəm"

Aktual Xəbərlər
Bu gün, 10:56

Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Xəbər
Bu gün, 10:29

Ali Məhkəmə körpənin ölümü ilə bağlı cinayət işində yol verilmiş hüquqi pozuntuları müəyyən edib

Xəbər
Bu gün, 10:18

Adı generalın qızı ilə məhkəmə işində hallanan ANAMA-nın sədr müavini işdən çıxarıldı

Xəbər
Bu gün, 09:31

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Aktual Xəbərlər
Dünən, 17:59

Xırdalan–Sumqayıt qatarlarının hərəkəti ilin sonuna qədər bərpa olunacaq

Aktual Xəbərlər
Dünən, 17:12

Balaxanıda zibilin içindən elə şeylər çıxır ki...

Xəbər
Dünən, 16:29

Bakıda evdən qaçıb parkda gecələyən uşaq sığınacağa yerləşdirildi

Xəbər
Dünən, 15:00

26 nəfəri aldadan qadına bu cəza verildi

Xəbər
Dünən, 14:55

Ana olmaq arzusu ilə yaşayan sənətkarın kədərli hekayəsi

Xəbər
Dünən, 14:32

Bakıda kişi borcunu istəyən sevgilisini döydü

Xəbər
Dünən, 13:08

Rusiyalı azarkeşin "Barselona" arzusu Bakıda nakam qaldı

Aktual Xəbərlər
Dünən, 12:18

Əmircanda 16 yaşlı oğlan anasının sevgilisini qətlə yetirdi

Xəbər
Dünən, 12:15

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Xəbər
Dünən, 11:50

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Siyasət
Dünən, 10:32

"Sülh körpüsü" dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

Kriminal
Dünən, 09:50

Bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadının məhkəməsində 363 min manatlıq iddia

Xəbər
Dünən, 09:39

"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib

Aktual Xəbərlər
25 noyabr 2026, 17:31

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Xəbər
25 noyabr 2026, 14:40

İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu

Siyasət
25 noyabr 2026, 14:12

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Oxşar xəbərlər