top
Ali Məhkəmə körpənin ölümü ilə bağlı cinayət işində yol verilmiş hüquqi pozuntuları müəyyən edib
Bu gün, 10:29
- ↺ +

Ali Məhkəmə körpənin ölümü ilə bağlı cinayət işində yol verilmiş hüquqi pozuntuları müəyyən edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

Bakuplus.az xəbər verir ki, irəli sürülmüş ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.

Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan "Doğum tarixi" sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb.

Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib.

Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.

Ali Məhkəmə bildirib ki, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Lakin şəxsin vəzifəli şəxs statusuna malik olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət-hüquqi xarakterini itirməsi demək deyil.

Belə hallarda məhkəmə əməlin digər cinayət-hüquqi normalar baxımından qiymətləndirilməsinin mümkünlüyünü də araşdırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində də rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə saxtakarlığından fərqli olaraq, həmin maddənin tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs olmaması barədə nəticəyə gəlməklə kifayətlənməməli, ittihamda göstərilən hərəkətlərin obyektiv cəhətini araşdırmalı və əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi. 

Cinayət kollegiyası həmçinin səhlənkarlıqla bağlı əməlin Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə aydınlıq gətirib. Qeyd olunub ki, cinayət hüququnun ümumi qaydasına əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə məsuliyyət onun törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən edilir. Bununla belə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa şəkildə yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Lakin yeni cinayət-hüquqi normanın geriyə şamil edilməsi üçün şəxsin əməlinin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etməsi zəruri şərtdir.

Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlməsinə baxmayaraq, onun əməlini törədildiyi dövrdə qüvvədə olmayan Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edib. Ali Məhkəmə bildirib ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxs olduğundan, apellyasiya instansiyası məhkəməsinin eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirməsi hökmün əsaslandırılmasında ziddiyyət yaradıb.

Məhkəmə kollegiyasının mövqeyinə görə, şəxsin əməlində əvvəlki qanunla nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edilmədən sonradan qüvvəyə minmiş daha yüngül cinayət qanununun tətbiq edilməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil.

Göstərilənlər nəzərə alınaraq, Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yeni məhkəmə baxışına təyin edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:18

Adı generalın qızı ilə məhkəmə işində hallanan ANAMA-nın sədr müavini işdən çıxarıldı

Xəbər
Bu gün, 09:31

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Aktual Xəbərlər
Dünən, 17:59

Xırdalan–Sumqayıt qatarlarının hərəkəti ilin sonuna qədər bərpa olunacaq

Aktual Xəbərlər
Dünən, 17:12

Balaxanıda zibilin içindən elə şeylər çıxır ki...

Xəbər
Dünən, 16:29

Bakıda evdən qaçıb parkda gecələyən uşaq sığınacağa yerləşdirildi

Xəbər
Dünən, 15:00

26 nəfəri aldadan qadına bu cəza verildi

Xəbər
Dünən, 14:55

Ana olmaq arzusu ilə yaşayan sənətkarın kədərli hekayəsi

Xəbər
Dünən, 14:32

Bakıda kişi borcunu istəyən sevgilisini döydü

Xəbər
Dünən, 13:08

Rusiyalı azarkeşin "Barselona" arzusu Bakıda nakam qaldı

Aktual Xəbərlər
Dünən, 12:18

Əmircanda 16 yaşlı oğlan anasının sevgilisini qətlə yetirdi

Xəbər
Dünən, 12:15

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Xəbər
Dünən, 11:50

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Siyasət
Dünən, 10:32

"Sülh körpüsü" dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

Kriminal
Dünən, 09:50

Bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadının məhkəməsində 363 min manatlıq iddia

Xəbər
Dünən, 09:39

"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib

Aktual Xəbərlər
25 noyabr 2026, 17:31

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Xəbər
25 noyabr 2026, 14:40

İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu

Siyasət
25 noyabr 2026, 14:12

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Xəbər
25 noyabr 2026, 13:36

Bakıda iki azyaşlı bacı vəfat edib

Xəbər
25 noyabr 2026, 11:34

"Giləzi-Quşçuluq"un direktoru həbs edildi

Xəbər
25 noyabr 2026, 11:24

Bu bağçaya 10 gündür istilik verilmir

Aktual Xəbərlər
25 noyabr 2026, 11:08

Bakıda tarixi qapını söküb yerinə şəklini yapışdırıblar

Kriminal
25 noyabr 2026, 10:41

Meyvələri pulsuz yedi, satıcını bıçaqladı

Oxşar xəbərlər