Bakının Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən binanın tarixi qapısının dəyişdirilməsi narazılığa səbəb olub.
İddiaya görə, binanın naxışlarla bəzədilmiş tarixi taxta qapısı şüşə konstruksiya ilə əvəzlənib. Yeni qapının üzərinə isə əvvəlki qapının görünüşünü əks etdirən təsvir yapışdırılıb.
Əvvəlki və indiki fotolar arasındakı fərq diqqət çəkir. Tarixi qapının bərpa edilərək öz yerinə qaytarılması əvəzinə, onun görünüşünün imitasiya edilməsi Bakının memarlıq irsinin qorunması ilə bağlı suallar yaradır.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə aydınlıq gətirəcəklər.
Foto: Elçin T. Əliyev