Noyabrın 15-də Bakıda istilik mövsümünə başlanılsa da, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 162 saylı körpələr evi-uşaq bağçasına artıq 10 gündür istilik verilmir.
Bu barədə valideynlər müraciət ünvanlayıblar.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, bağçanın qaz sayğacında yaranmış problem səbəbindən istilik verilməsində fasilə yaranıb:
"Problemin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciət olunub. Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır. Hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür".
Mənbə: axar.az