top
Giləzi-Quşçuluqun direktoru həbs edildi
Bu gün, 11:34
- ↺ +

"Giləzi-Quşçuluq"un direktoru həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə Cəmiyyətə faktiki rəhbərlik edən Mirzəyev Mahir Hökümalı oğlunun, Cəmiyyətin direktoru Usubov Elşən Namiq oğlunun və kəsim sexinin müdiri Məmmədov Nazim Bahadur oğlunun qabaqcadan əlbir olaraq, insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən Cəmiyyətə məxsus istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Mirzəyev Mahir Hökümalı oğlu (təşkilatçı qismində), Usubov Elşən Namiq oğlu və Məmmədov Nazim Bahadur oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2 və 200-3.2.3-cü maddələri ilə (bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının satış məqsədilə saxlanmasının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi), habelə 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Usubov Elşən Namiq oğlu barəsində həbs, Mirzəyev Mahir Hökümalı oğlu və Məmmədov Nazim Bahadur oğlu barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 11:24

Bu bağçaya 10 gündür istilik verilmir

Aktual Xəbərlər
Bu gün, 11:08

Bakıda tarixi qapını söküb yerinə şəklini yapışdırıblar

Kriminal
Bu gün, 10:41

Meyvələri pulsuz yedi, satıcını bıçaqladı

Xəbər
Bu gün, 09:40

AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

Aktual Xəbərlər
Bu gün, 08:39

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Bu gün, 00:01

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Xəbər
Dünən, 17:10

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Xəbər
Dünən, 15:41

Ramiz Mehdiyev Əli Kərimlinin məhkəməsinə gəlmədi

İdman
Dünən, 14:36

"Barselona" prezidenti Bakıda belə əyləndi

Xəbər
Dünən, 13:28

Dörd şagirdin sinif yoldaşına zorakılıq etməsi iddiasına MƏKTƏBDƏN CAVAB

Siyasət
Dünən, 11:43

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib

Kriminal
Dünən, 10:50

20 yaşlı qız bacısını fenə görə bıçaqladı

Xəbər
Dünən, 09:54

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib - "Adıma əxlaqsız mahnılar yazırdılar"

Xəbər
Dünən, 09:44

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
Dünən, 09:35

Bakıda quraşdırılacaq avtobus svetoforlarının iş prinsipi açıqlanıb

Xəbər
23 noyabr 2026, 17:44

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı məlum olub

Aktual Xəbərlər
23 noyabr 2026, 17:30

Azərbaycanda 9 ayda 300-dən çox yaşlı evlənib

Xəbər
23 noyabr 2026, 15:55

Bakı məktəbindən dəhşətli İDDİA: "Qardaşının başını kəsəcəyik" - direktor susur?

Aktual Xəbərlər
23 noyabr 2026, 15:45

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
23 noyabr 2026, 14:38

İşdən çıxarılma xəbərini Qazaxıstanda alıbmış

Aktual Xəbərlər
23 noyabr 2026, 13:00

Ramiz Mehdiyev ailəsi ilə Əli Kərimlinin məhkəməsinə çağırıldı

Xəbər
23 noyabr 2026, 12:04

Öldürdüyü qadının valideynləri kürəkəninin azadlığa çıxmasına etiraz etmir

Aktual Xəbərlər
23 noyabr 2026, 11:28

Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü

Oxşar xəbərlər