top
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib
Bu gün, 09:31
- ↺ +

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarına müraciət edib.

Bakuplus.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının, habelə Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

"Dövlət Miqrasiya Xidməti bir daha diqqətə çatdırır ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.

Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinə riayət edilməsini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müəyyən edilmiş qaydada müraciət etməlidirlər.

Eyni zamanda, müvəqqəti olma müddəti artıq başa çatmış, lakin ölkəni tərk etməmiş yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı dövlət sərhədindən maneəsiz keçidin təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməyə dəvət edilirlər.

Bildiririk ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş "Müvəqqəti olma müddətini yoxla" elektron kalkulyatoru vasitəsilə ölkəyə giriş-çıxış tarixləri əsasında cari təqvim ili ərzində istifadə edilməmiş müvəqqəti olma müddətini yoxlamaq mümkündür.

Xatırladırıq ki, Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitənədək həmin müddət uzadılmadıqda və ya müvəqqəti yaşama icazəsi alınmadıqda, ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadığı təqdirdə Azərbaycan Respublikasının ərazisi tərk edilməlidir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:59

Xırdalan–Sumqayıt qatarlarının hərəkəti ilin sonuna qədər bərpa olunacaq

Aktual Xəbərlər
Dünən, 17:12

Balaxanıda zibilin içindən elə şeylər çıxır ki...

Xəbər
Dünən, 16:29

Bakıda evdən qaçıb parkda gecələyən uşaq sığınacağa yerləşdirildi

Xəbər
Dünən, 15:00

26 nəfəri aldadan qadına bu cəza verildi

Xəbər
Dünən, 14:55

Ana olmaq arzusu ilə yaşayan sənətkarın kədərli hekayəsi

Xəbər
Dünən, 14:32

Bakıda kişi borcunu istəyən sevgilisini döydü

Xəbər
Dünən, 13:08

Rusiyalı azarkeşin "Barselona" arzusu Bakıda nakam qaldı

Aktual Xəbərlər
Dünən, 12:18

Əmircanda 16 yaşlı oğlan anasının sevgilisini qətlə yetirdi

Xəbər
Dünən, 12:15

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Xəbər
Dünən, 11:50

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Siyasət
Dünən, 10:32

"Sülh körpüsü" dialoqu davam etdirir: Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

Kriminal
Dünən, 09:50

Bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadının məhkəməsində 363 min manatlıq iddia

Xəbər
Dünən, 09:39

"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib

Aktual Xəbərlər
25 noyabr 2026, 17:31

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Xəbər
25 noyabr 2026, 14:40

İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu

Siyasət
25 noyabr 2026, 14:12

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Xəbər
25 noyabr 2026, 13:36

Bakıda iki azyaşlı bacı vəfat edib

Xəbər
25 noyabr 2026, 11:34

"Giləzi-Quşçuluq"un direktoru həbs edildi

Xəbər
25 noyabr 2026, 11:24

Bu bağçaya 10 gündür istilik verilmir

Aktual Xəbərlər
25 noyabr 2026, 11:08

Bakıda tarixi qapını söküb yerinə şəklini yapışdırıblar

Kriminal
25 noyabr 2026, 10:41

Meyvələri pulsuz yedi, satıcını bıçaqladı

Xəbər
25 noyabr 2026, 09:40

AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

Aktual Xəbərlər
25 noyabr 2026, 08:39

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər