Bakı Dövlət Universitetinin C korpusunun tələbələri dərsdə nizam-intizamın pozulmasından narahatdırlar.
Onlar bildirirlər ki, yeni binaya köçmələri onların problemini artırıb.
Tələbələrin sözlərinə görə, onların tədrisi keçmiş Asiya Universitetində aparılır. Onlar iddia edirlər ki, universitetin əsas korpusunda tədris imkanları daha genişdir.
Məsələ ilə bağlı Məleykə Abbasova öz sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, bu həftə tələbələr sosial mediada C korpusu ilə bağlı müraciət ediblər. O, paylaşımında qeyd edib ki, məsələ nəzarətə götürülüb.
Video: Xəzər TV