top
20 Yanvar və Şamaxinkada bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
Bu gün, 13:38
- ↺ +

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) məlumat yayıb.

Belə ki, metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.

Bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) təyin edilib.


500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.

Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki "2 saylı poçt filialının 134 saylı poçt şöbəsi" yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

Qeyd edək ki, şəhərin müxtəlif istiqamətlərindən "20 Yanvar" metrostansiyasına və "Şamaxinka" adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud "Şamaxinka"da "Alov zavodu" ilə üzbəüz məntəqədə minə bilərlər.

Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud "Şamaxinka" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.

Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Bu gün, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Siyasət
Bu gün, 09:19

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Xəbər
Bu gün, 09:09

Zülfiyyə Xanbabayevanın ad günüdür

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Oxşar xəbərlər