Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsil müəssisəsindəki təmirsizlikdən və antisanitar vəziyyətdən narazıdırlar.
Şikayətçilərin sözlərinə görə, ildə 2 300 manat təhsil haqqı ödəmələrinə baxmayaraq, universitetin bəzi ərazilərində vəziyyət qənaətbəxş deyil. Tələbələr divarlarda çatların olduğunu, dam örtüyü ilə bağlı problemlərin yaşandığını, sanitar qovşaqlarında isə antisanitar vəziyyətin hökm sürdüyünü bildirirlər.
Qeyd olunur ki, mövcud şəraitdə təhsil almaq onlar üçün çətinlik yaradır və universitetdə lazımi təmir-bərpa işlərinin aparılmasının zamanı çoxdan yetişib.
Tələbələr müvafiq qurumların məsələ ilə bağlı araşdırma aparacağına və tələbələrin şikayətlərinə diqqət yetirəcəklərinə ümid edirlər.
Mənbə: Patrul.az