Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Hadisə Füzuli küçəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu "Changan" markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: Teleqraf
![]()