Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan Bakuplus.az-a verilən məlumata görə, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə 27.01.2026-cı il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.