top
Firudin bəy Köçərlinin doğum günüdür
Bu gün, 14:25
- +

Firudin bəy Köçərlinin doğum günüdür

 26 yanvar Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərlinin doğum günüdür.

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. Firudin bəy 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır.

Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestini də ilk dəfə rus dilinə məhz o çevirib.

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzunsürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər Müsavat funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə. Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, Firudin bəy həbs olunub, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılıb. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilib və hökm yerinə yetirilib.

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:30

Azərbaycanda 17 məscidə imam axtarılır

Aktual Xəbərlər
Bu gün, 15:30

78 yaşlı qadının meyiti tapıldı

Aktual Xəbərlər
Bu gün, 14:30

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Aktual Xəbərlər
Bu gün, 13:30

Bakıda qadın şadlıq sarayında öldü

Aktual Xəbərlər
Bu gün, 12:37

Sabah yağış yağacaq

Aktual Xəbərlər
Bu gün, 12:30

Dəm qazı daha bir can aldı - 44 yaşlı qadın öldü

Aktual Xəbərlər
Bu gün, 11:30

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Xəbər
Bu gün, 10:30

Bir il sonra səhnəyə çıxan Xalq artisti: "Ölmədim, sağ qaldım"

Aktual Xəbərlər
Bu gün, 09:45

FHN: Ötən həftə 54 nəfər xilas edilib

Aktual Xəbərlər
Dünən, 21:00

26 yanvar - 1 fevral tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
24 yanvar 2026, 18:00

Bakıda altı ay əvvəl narkotikə görə saxlanılan sürücü yenə eyni səhvi etdi

Xəbər
24 yanvar 2026, 17:00

Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb - Həbs olunan var

Xəbər
24 yanvar 2026, 16:49

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirildi

Xəbər
24 yanvar 2026, 16:00

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəbər
24 yanvar 2026, 15:00

Abşeronda mağazaları talayan dəstənin üzvləri tutuldu

Xəbər
24 yanvar 2026, 14:00

Məktəblərdə qış tətili ilə bağlı rəsmi açıqlama

Aktual Xəbərlər
24 yanvar 2026, 13:04

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
24 yanvar 2026, 13:00

20 Yanvar günü sükut zamanı söyüş söyən gənc HƏBS OLUNDU

Xəbər
24 yanvar 2026, 12:00

Dostları ilə araq içdi, keşmiş sevgilisini döydü

Xəbər
24 yanvar 2026, 11:00

Market və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Xəbər
24 yanvar 2026, 10:01

Ötən il 3 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb

Xəbər
23 yanvar 2026, 18:45

MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verilib

Xəbər
23 yanvar 2026, 17:50

Bakı Dəmiryolu Vağzalında ölüm

Oxşar xəbərlər