top
Maştağada istixanadan 50 min manatlıq oğurluq edilib - VİDEO
Bu gün, 12:10
- +

Maştağada istixanadan 50 min manatlıq oğurluq edilib - VİDEO

Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub. Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçun RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb.

Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:10

Ötən gün 64 cinayətin açılması təmin edilib

Aktual Xəbərlər
Bu gün, 14:10

Bəhlul Mustafazadə: "Liverpul"la oyun bizim üçün yaxşı dərs oldu"

Aktual Xəbərlər
Bu gün, 13:10

Jurnalist Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib

Aktual Xəbərlər
Bu gün, 12:38

Bakıda sabahın hava proqnozu

Aktual Xəbərlər
Bu gün, 11:18

Bakıda kişi arvadını çəkiclə döydü

Aktual Xəbərlər
Bu gün, 10:20

Məhkəmə sədrinin bıçaqlanan gəlininin son durumu

Xəbər
Bu gün, 09:20

Bakıda 2 nəfər qazdan zəhərləndi, ölən var

Xəbər
Dünən, 18:02

Bakının mərkəzindəki hoteldə qonağın meyiti tapıldı

Aktual Xəbərlər
Dünən, 17:03

Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə

Aktual Xəbərlər
Dünən, 16:04

Paytaxtda silah-sursat aşkarlandı

Aktual Xəbərlər
Dünən, 15:04

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Aktual Xəbərlər
Dünən, 14:05

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Aktual Xəbərlər
Dünən, 13:05

Ötən gün 76 kiloqramdan çox narkotik maddə müsadirə olunub

Xəbər
Dünən, 12:05

Mehdiabaddan "28 may" metrostansiyası istiqamətində tramvay yolu çəkiləcək

Aktual Xəbərlər
Dünən, 11:05

Abbas Abbasovun evində axtarış aparıldı

Aktual Xəbərlər
Dünən, 10:07

Avtomobil piyadanı vuraraq öldürdü

Aktual Xəbərlər
Dünən, 09:08

Abşeronda kişi hamamda zəhərləndi

Aktual Xəbərlər
27 yanvar 2026, 18:00

Bakıda arvadına xəsarət yetirən şəxsin intiharı ilə bağlı cinayət işi başlanıb

Aktual Xəbərlər
27 yanvar 2026, 17:15

Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi

Aktual Xəbərlər
27 yanvar 2026, 16:30

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib

Aktual Xəbərlər
27 yanvar 2026, 16:15

Bu ərazini su basıb - ŞİKAYƏT

Aktual Xəbərlər
27 yanvar 2026, 15:36

Ötən il Azərbaycanda 10-a yaxın meyitin orqanları başqasına köçürülüb

Aktual Xəbərlər
27 yanvar 2026, 14:18

Masazırda elektrik dirəyi aşıb

Oxşar xəbərlər