top
Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib
Bu gün, 16:30
- +

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib

Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.

Nəticədə dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. Teatrların yeni strukturunda Strategiya və kommunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.

Beləliklə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor vəzifəsini tutan xeyli tanınmış mədəniyyət və incəsənət xadimi avtomatik olaraq ixtisara düşüb.

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasındadır.

Modern.az bununla bağlı Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.

O, bu məsələnin uzun müddətdir müzakirə edildiyini bildirib:

"Söhbət konkret olaraq hansısa teatrdan, o cümlədən Akademik Milli Dram Teatrından deyil, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni konsepsiya və islahat qərarından gedir.

Uzun zaman ərzində bu konsepsiya ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Söhbət yalnız baş rejissor institutundan yox, eyni zamanda bədii rəhbərlər, baş rəssamlar və ümumilikdə rəhbər vəzifələrin optimallaşdırılması, kadr islahatları ideyasından gedir. Bu, nazirliyin qarşısına qoyduğu genişmiqyaslı strategiyanın tərkib hissəsidir".

M.Ələkbərzadə qeyd edib ki, aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib və hazırda bu konsepsiyanın icrasına başlanılıb:

 "Artıq qərar verildiyi üçün məsələyə münasibət də bu kontekstdə dəyərləndirilməlidir".

Əməkdar incəsənət xadimi ixtisarlarla bağlı onlara bildirişin daxil olub-olmadığı sualına belə cavab verib:

"Bu cür qərarlar adətən rəsmi bildiriş formasında təqdim edilmir. Proses açıq müzakirələr, fikir ayrılıqları və mübahisələr şəraitində aparılıb və bu, normal bir praktika kimi qiymətləndirilməlidir".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 18:00

Bakıda arvadına xəsarət yetirən şəxsin intiharı ilə bağlı cinayət işi başlanıb

Aktual Xəbərlər
Bu gün, 17:15

Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi

Aktual Xəbərlər
Bu gün, 16:15

Bu ərazini su basıb - ŞİKAYƏT

Aktual Xəbərlər
Bu gün, 15:36

Ötən il Azərbaycanda 10-a yaxın meyitin orqanları başqasına köçürülüb

Aktual Xəbərlər
Bu gün, 14:18

Masazırda elektrik dirəyi aşıb

Aktual Xəbərlər
Bu gün, 13:20

Nərimanov rayonunda obyektdə yanğın baş verib - VİDEO

Aktual Xəbərlər
Bu gün, 12:20

Terror hücumuna hazırlaşan şəxslər həbs edilib - VİDEO

Aktual Xəbərlər
Bu gün, 11:20

Xırdalanda anbarda yanğın baş verib - VİDEO

Aktual Xəbərlər
Bu gün, 10:20

Sabunçu rayonunda moped oğurlayanlar tutuldu

Aktual Xəbərlər
Bu gün, 09:20

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 18:30

Bakıda 12 kq narkotik dövriyədən çıxarılıb

Aktual Xəbərlər
Dünən, 17:30

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 16:30

Azərbaycanda 17 məscidə imam axtarılır

Aktual Xəbərlər
Dünən, 15:30

78 yaşlı qadının meyiti tapıldı

Aktual Xəbərlər
Dünən, 14:30

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Aktual Xəbərlər
Dünən, 14:25

Firudin bəy Köçərlinin doğum günüdür

Aktual Xəbərlər
Dünən, 13:30

Bakıda qadın şadlıq sarayında öldü

Aktual Xəbərlər
Dünən, 12:37

Sabah yağış yağacaq

Aktual Xəbərlər
Dünən, 12:30

Dəm qazı daha bir can aldı - 44 yaşlı qadın öldü

Aktual Xəbərlər
Dünən, 11:30

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Xəbər
Dünən, 10:30

Bir il sonra səhnəyə çıxan Xalq artisti: "Ölmədim, sağ qaldım"

Aktual Xəbərlər
Dünən, 09:45

FHN: Ötən həftə 54 nəfər xilas edilib

Aktual Xəbərlər
25 yanvar 2026, 21:00

26 yanvar - 1 fevral tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Oxşar xəbərlər