"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.
Bakuplus.az-a klubdan verilən məlumata görə, Hacıyev öz xahişi ilə vəzifəsini tərk edib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Anar Hacıyevin dövründə "Qarabağ" iki dəfə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. Komanda UEFA Çempionlar Liqasının pley-offuna, Avropa Liqasının isə 1/8 final mərhələsinə yüksəlib.
Hacıyev fəaliyyəti dövründə "Johan Cruyff" institutunun diplomunu alıb və Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.
"Qarabağ" FK ona xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.