Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb.
Hadisə 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib.
Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginlik səbəbindən sürücü küsərək idarəetməni müvəqqəti olaraq dayandırıb və avtobusu saxlayıb.
Mübahisəyə səbəb olan sərnişin nəqliyyat vasitəsini tərk etdikdən sonra sürücü sükan arxasına dönüb və avtobusun hərəkəti bərpa olunub. Hadisə digər sərnişinlərin narazılığına və vaxt itkisinə səbəb olub.
Mənbə: Baku.ws