top
Həftəlik bürclər 20 FEVRAL - 26 FEVRAL
19 fevral 2023, 10:00
- +

Həftəlik bürclər 20 FEVRAL - 26 FEVRAL

QOÇ bürcü


Bu həftə sizə sakit olmağı tövsiyə edirik: sizi əsəbləşdirən insanlar çox olacaq, hətta şəxsi həyatınıza burnunu soxan da tapılacaq. Əsəbi olduğunuz halda sevgilinizlə görüşməyin: bütün neqativi onun üstünə atacaqsınız və bununla da münasibətiniz korlanacaq. Subay Qoç bu həftə diqqətli olmalıdır və emosiyalara qapanmamalıdır: əks cinsin nümayəndəsi sizin “başınızı” yeyəcək və cibinizi boşaldacaq. Həftəsonu yaxın bir insanın köməyi ilə maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. Uğurlu günləriniz 21, 25 fevral, uğursuz gününüz isə 20 fevraldır.

BUĞA bürcü


Bu həftə Buğa maddi məsələlərdə diqqətli olmalıdır: xərcləri öncədən planlaşdırın, kreditə və borca girməyin. Ulduzlar sizə yaxın həftələrdə böyük bir sürpriz hazırlayıb: səbirli olun, hər bir işiniz yağ kimi gedəcək. İşinizdə bir nəfər var ki, əlinə iynə-sap götürüb sizin torbanızı tikir: yaltaq insanı tapın və onu zərərsizləşdirin. Subaylar, sizin ehtirasınız əks cinsi dəli edir: sizin ürəyinizi almaq üçün onlar sizə hədiyyə alacaq, kompliment deyəcək, restorana getməyi təklif edəcəklər. Bir sözlə - həftənin ulduzu siz olacaqsınız. Uğurlu günləriniz 23, 24 fevral, uğursuz gününüz isə 25 fevraldır.

ƏKİZLƏR bürcü


Bu həftə yaxın qohumlar tərəfindən gözlənilməz maddi hədiyyə alacaqsınız: təəccüblüdür, axı illərdir sizi axtarmayan qohumlardan birdən belə səxavət niyə olsun? Bunun cavabı isə sizin uğurunuzdur: birdən-birə əlinizə külli miqdarda pul gələcək və ya yüksək maaşlı işə düzələcəksiniz. Qohumlar isə ürəyinizi almaq və gələcəkdə sizdən istifadə etmək üçün qabaqlayıcı tədbirlər görəcəklər. Gələcəyiniz çox parlaq olacaq və bütün problemlər həll olunacaq. Uğurlu günləriniz 20, 23 fevral, uğursuz gününüz isə 26 fevraldır.

XƏRÇƏNG bürcü


Bu həftə stresli keçəcək: işiniz çox olacaq, lakin sonunda gözəl nəticə əldə edəcəksiniz və cibiniz pulla dolu olacaq. Yaxın dostdan münasibət təklifi ola bilər: bir şans verin, çünki onun kimi sizi yaxşı tanıyan və güvəndiyiniz insanı bəlkə birdə tapmayacaqsınız. Avtomobili olanlar diqqətli olmalıdırlar: yorğun vəziyyətdə yola çıxmayın, yoxsa hər şey bədbəxt hadisə ilə nəticələnə bilər. İmtahana hazırlaşanlar, proyektlər quranlar və iş axtaranların bəxti açılacaq: bütün istəkləriniz uğurla sonlanacaq. Uğurlu günləriniz 22, 26 fevral, uğursuz gününüz isə 21 fevraldır.

ŞİR bürcü


Bu həftə dostlarınızı xərcə salacaqsınız: sizə çoxlu hədiyyələr alacaqlar, ola bilsin, xaricə dəvət edəcəklər. Subay Şir keçmişdə münasibətdə olduğu şəxslə qarşılaşacaq və yenidən münasibət eşqinə düşəcək. Karyerada yeni addımlar atacaqsınız: sizə verilən tapşırığı mükəmməl yerinə yetirməyə çalışın. Həftəsonu zəhləniz getdiyi bir insanla dava edəcəksiniz: o ilanın başını vaxtında əzməli idiniz. Sağlamlığınıza fikir verin, xüsusən də siqaret çəkənlər. Uğurlu günləriniz 25, 26 fevral, uğursuz gününüz isə 23 fevraldır.

QIZ bürcü


Bu həftə çoxdandır arzu etdiyiniz məsələ gerçəkləşməyə başlayacaq. Bu çətin olsa belə, siz səylər göstərməlisiniz, çünki sonda çox xoşbəxt olacaqsınız. Həftənin ortasında sizin haqda radio və televiziyada danışacaqlar. Bu, başınıza maraqlı hadisələrin gəlməyi ilə bağlı olacaq. Biznes planlarınızda bəzi dəyişikliklər və gözlənilməz işgüzar səfəriniz ola bilər. Həftəsonu eşq yaşayacaqsınız: yaxın bir insan sizə romantik anlar yaşadacaq. Uğurlu günləriniz 20, 24 fevral, uğursuz gününüz isə 23 fevraldır.

TƏRƏZİ bürcü


Bu həftə səmərəli bir vaxt keçirəcəksiniz: həftə romantik görüşlə başlayacaq və böyük sürprizlə sonlanacaq. Sizinlə bir insan iş görüşü təyin edəcək, onunla biznes açmaq və ya birlikdə işləmək təklifi gələcək. Cibinizdəki siçanı atmaq vaxtıdır: artıq pulları cüzdanda yox, torbalarda saxlayacaqsınız. Həyatınız 180 dərəcə dəyişəcək: irəlidə xoşbəxt günlər çoxdur. Uğurlu günləriniz 23, 24 fevral, uğursuz gününüz isə 21 fevraldır.

ƏQRƏB bürcü


Bu həftə bütün işlərinizdə intuisiyanıza güvənməlisiniz: həyatınızı dəyişəcək hadisələr baş verəcək. Subay qızlar, sevinin, nəhayət, bəxtiniz açılacaq: qarşınıza ölkəmizin isti bölgəsidən bir insan çıxacaq. Sizin soyuq ürəyiniz onun qarşısında qar kimi əriyəcək: ağıllı, işgüzar, romantik, alicənab, göygöz və çox yaraşıqlı uzunboy bir bəy sizin həyatınıza daxil olacaq və bir də çıxmayacaq. Hamı sizin xoşbəxtliyinizi həsədlə seyr edəcək. Uğurlu günləriniz 22, 23 fevral, uğursuz gününüz isə 20 fevraldır.

OXATAN bürcü


Həftə dava ilə başlayacaq: mübahisə ya qonşunuzla, ya da iş yoldaşınızla baş tutacaq. İnsanlara çox üz vermisiniz və başınıza oturtmusunuz: arada o insanları sancmaq da lazımdır. Torpaq və əmlakla bağlı xoş xəbərlər eşidəcəksiniz: almaq və ya satmaq fikriniz varsa, mütləq bu günlərdə bunu gerçəkləşdirin. “Subaylıq sultanlıqdır” deyənlər fikrini dəyişəcəklər: həyatınıza maraq qatacaq bir insana rast gələcəksiniz. Uğurlu günləriniz 25, 26 fevral, uğursuz gününüz isə 22 fevraldır.

OĞLAQ bürcü


Xoşbəxtliyin dadını çıxarmaq vaxtıdır: həyatınızda hər şey yağ kimi gedəcək. İşinizdə maaş artımı, şəxsi həyatınızda ideal münasibət gözlənilir, xəstəliklərə düçar olanlar tezliklə şəfa tapacaqlar. Bu həftə gəlirinizdə artım olacaq. Bununla belə, gözlənilməz xərclərlə qarşılaşacaqsınız: sevdiyiniz insan sizi xərcə salacaq. Dinc qalmayan dostunuzla başınızı macəralara soxacaqsınız: maraqlı hadisələrlə qarşılaşmağa hazır olun. Uğurlu günləriniz 23, 24 fevral, uğursuz gününüz isə 26 fevraldır.

DOLÇA bürcü


Bu həftə sizə sevgi etirafı olacaq, lakin yaxşı fikirləşməlisiniz, bu insanla siz xoşbəxt olacaqsınız, ya yox. Həftəiçi qaça-qaçda olacaqsınız, çünki çoxdandır boynunuzda qalan məsələləri həll etməli olacaqsınız. Keçmişdə buraxdığınız bir səhvə görə indi əziyyət çəkirsiniz: belkə cəsarət edib səhvinizi düzəldəsiniz? Həftəsonu maddi durumunuz yaxşılaşa bilər: müdiriyyət tərəfindən sizə bonuslar, hətta yeni vəzifə verilə bilər. Uğurlu günləriniz 20, 26 fevral, uğursuz gününüz isə 22 fevraldır.

BALIQLAR bürcü


Bu həftə lüks həyat yaşayacaqsınız: pula pul deməyəcəksiniz. Bahalı hotellərdə qalacaq, “Limuzin”də gəzəcək, dəbdəbəli paltarlar geyinəcək, populyar restoranlarda şam edəcəksiniz. Buna səbəb isə əlinizə böyük məbləğdə pulun gəlməsi və ya varlı bir insan tərəfindən sizə edilən hədiyyə olacaq. Subaylar ruh yoldaşları ilə ağlasığmaz bir yerdə qarşılaşacaqlar: bu görüşü həyatınız boyunca unutmayacaqsınız. Uğurlu günləriniz 20, 25 fevral, uğursuz gününüz isə 23 fevraldır.

Son xəbərlər

Xəbər
Bu gün, 15:16

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 14:32

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Xəbər
Bu gün, 13:53

Dünən dənizdə batan müğənni imiş

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Oxşar xəbərlər