Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planını hazırlayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, müzakirələr təşkil ediblər.
İnkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.