top
Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO
Bu gün, 15:09
- ↺ +

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb.

Bakuplus.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-nin əməkdaşları tərəfindən kiberməkanda qanunazidd fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Həyata keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş "chckeeper. net" internet resursu üzərindən "Tilk007", "Rahat001" və "Rahat98" adlı virtual kassalar yaradıblar.

Şübhəli şəxslərin "Jaguar casino" və "Rahat casino" adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, "WhatsApp" və "Telegram" platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.

Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib

Hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Bu gün, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Bu gün, 13:32

Sabah Bakıda leysan olacaq

Xəbər
Bu gün, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Bu gün, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Bu gün, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Bu gün, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Bu gün, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Bu gün, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
Dünən, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Dünən, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Dünən, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Dünən, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Dünən, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Dünən, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Dünən, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Dünən, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Dünən, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Dünən, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Dünən, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Xəbər
Dünən, 11:18

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:37

Zabratda 62 yaşlı kişinin meyiti tapıldı

Oxşar xəbərlər