Güzəştli mənzil ayırmaq adı ilə 700 mindən çox pul mənimsəyən qadının cinayət işi başlayıb. Bu haqda 24 iyun tarixində Qafqazinfo məlumat verir.
Günay Məmmədova sosial binalardan mənzillərin ayrılması üçün 46 nəfərdən ümumilikdə 703.700 manat pul alaraq mənimsəyib. O, vətəndaşlara, guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin alınmasına kömək göstərəcəyini deyib.
Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Hazırlıq prosesində onun anket məlumatları dəqiqləşdirilib və iş baxışa təyin olunub. G.Məmmədova vurduğu ziyanın 134.600 manatını istintaq dövründə ödəyib.