Bakının Ağ Şəhərində cari ilin sentyabr ayında ilk qəhvə festivalı təşkil olunacaq. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az məlumat verir.
Tədbirdə 30-dan çox kofeşopu, 3 incəsənət mərkəzini və 3 şirniyyat evini əhatə edən festival bütün qəhvəsevərləri bir araya toplayacaq.
Layihədə müxtəlif sahibkarlar iştirak edə bilər:
- Kofeşoplar;
- Qəhvə qovurma xidmətləri göstərən şirkətlər;
- Qəhvə bişirən, üyüdən və dəmləyən avadanlıqlar və aksesuarların satışını həyata keçirən istehsalçı şirkətlər və distribütorlar;
- Lokal şirniyyat, şokolad, dondurma, qəlyanaltı istehsalçıları;
- Qəhvə tematikası ilə bağlı və ya kofeşoplarda nümayiş üçün nəzərdə tutulan suvenirlər və məhsullar;
- Qastronomik proyektlər;
- Auditoriyası qəhvə həvəskarları və qəhvə industriyasının üzvlərindən ibarət olan digər proyektlər.
Festivalda iştirak etmək üçün
info@coffest.az elektron ünvanına yazmaq lazımdır.