top
AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi: “Çimərliklərdə rast gəlinən ilanlar zəhərli deyil”
23 iyul 2022, 00:50
- ↺ +

AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi: “Çimərliklərdə rast gəlinən ilanlar zəhərli deyil”

AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov yay aylarında Bakı çimərliklərində tez-tez rast gəlinən ilanlara bağlı açıqlama verib. Bu haqda APA 22 iyul tarixində məlumat verib.

Tədqiqatçının sözlərinə görə, yay aylarında ilanlarla qarşılaşma qaçılmazdır - bu vaxt ilanların ən aktiv dövrüdür, onlar yumurta qoyur və qidalanmaq üçün quruya gəlirlər.

Təvəkkül İsgəndərov bildirib ki, su ilanları daha çox dənizin qayalıq sahillərində, göl və gölməçələrin qamışlıq sahillərində yaşayır: "Onlar nə qədər çox olsa da insan üçün heç bir təhlükə yaratmır. Çünki onlar zəhərli deyil, zəhərli sancma etmirlər”.

Bir müddət əvvəl Bakı universitetlərindən birinin həyətində ilanın görünməsinə toxunan alim qeyd edib ki, ilanlar daha çox insanların az olduğu, sakit yerlərdə yaşayırlar:

"Lakin bu cür ərazilərdə yaşayan ilanlar bəzən qidalanma ilə bağlı və ya sərinlik axtarmaq, yumurta qoymaq üçün ona bitişik təsərrüfat ərazisinə, həyətlərə də daxil ola bilərlər. Lakin universitet ərazisi kimi yerlərdə insanların çox olduğu üçün adətən ilanlar bu cür ərazilərdə müşahidə edilmir”.

Ümumilikdə Azərbaycanda 28 növ ilan yayılıb, bunlardan yalnız 6-sı zəhərlidir. Zəhərli ilanlardan da ölkədə ən çox rast gəlinəni gürzədir. Digər zəhərli ilanlar isə xırda ilanlardır və çox məhdud ərazilərdə yayılıb. Lakin gürzə Abşeronda, Aran zonasında, Qobustanda geniş yayılmış ilan növü sayılır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər