18 iyun tarixində Bakıda yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin təntənəli açılışı baş tutacaq. Bu haqda bu gün, 13 iyun tarixində ticarət mərkəzinin Facebook səhifəsində məlumat yayılıb.
İştirak etmək istəyən hər kəs “Şərq Bazarı”na yaxınlaşa bilər. Ünvan: Xətai prospekti, 15. Təbir saat 18:00-dan 20:00-dək keçiriləcək.
Açılış münasibətilə Şəhriyar İmanov və Dilarə Kazımovanın konsertləri, əyləncəli müsabiqələr, dəyərli hədiyyələr, fotozona təşkil olunacaq.
78 icarədarın fəaliyyət göstərəcəyi bazarda 300 yeni iş yeri açılıb. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla, 16 günbəzdən ibarətdir.