Bakıda 3-4 sentyabr tarixlərində Avropa İttifaqının "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində media nümayəndələri üçün "Sosial Sahibkarlıq" adlı təlim təşkil ediləcək.
"Dəyər üçün əməkdaşlıq" proqramı Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən icra olunur.
Təlimin məqsədi media nümayəndələri arasında "Sosial Sahibkarlıq" anlayışının formalaşdırılması və bu terminin onların vasitəsilə daha çox insana çatdırılmasıdır. Təlimlərdən sonra iştirakçılardan ibarət qrup yaradılacaq və mediaturlar təşkil olunacaq.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/pz2ANsYvC5xYJn6i8