top
Azərbaycan polisinin yaranmasının 104 ili tamam olur
02 iyul 2022, 03:00
- ↺ +

Azərbaycan polisinin yaranmasının 104 ili tamam olur

Azərbaycan polisinin yaranmasının 104 ili tamam olur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) atdığı ilk addımlardan biri müstəqil Azərbaycan polisinin yaradılması idi.

Asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əminamanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan Polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət etmişdir. Təəssüf ki, AXC-nin süqutu ilə əlaqədar olaraq, Azərbaycanın milli polisi də ləğv edilmişdi. Onun əvəzində bolşeviklər "milis" adlandırılan bir qurum yaratmışdılar. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra milli polis yaradıldı.

Ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova Azərbaycan Polisi Gününün həqiqi tarixinin araşdırılıb üzə çıxarılmasını həvalə etmişdi. Prezidentə təqdim olunan arayış üzrə (hüquqi əsas kimi), nəhayət, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Azərbaycan Polisi Gününün təsis edilməsi haqqında” 24 may 1998-ci il tarixli fərmanı çıxdı. Fərmanda deyilirdi: “1. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycam Polisi Günü elan edilsin”.

1998-ci il iyulun 2-də Azərbaycan Polisinin 80 illiyi respublika səviyyəsində ilk dəfə təntənəli surətdə keçirildi.

Azərbaycan Daxili İşlər Nazirliyinin, Azərbaycan Polisinin şəxsi heyəti suverenliyimiz, ərazimizin bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda Birinci Qarabağ Müharibəsində 1695 nəfər şəhid vermişdir, 1710 nəfər isə yaralanmışdır… Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər əməkdaş “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülmüşdür.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər