"Azəristiliktəchizat" ASC-nin Bakı filialında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı şəhəri 7 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Qalib Hüseynli vəzifəsindən azad edilib.
O, 2022-2023 payız-qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etmədiyinə görə işdən çıxarılıb.
Bundan əlavə, qurumda müxtəlif vəzifələr tutan 4 nəfərə sonuncu xəbərdarlıqla töhmət verilib.