Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 9-cu döngədə abadlıq işləri aparılır. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Hazırda 6000 kv.m sahəyə asfalt örtüyü vurulur. Daha sonra ərazidə müvafiq infrastruktur yaradılacaq.
Bundan əlavə, rayonun digər küçələrinə də mərhələli şəkildə asfalt örtüyünün vurulması nəzərdə tutulub.
[caption id="attachment_53486" align="alignnone" width="800"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]