Bakıda digər ölkələr ilə qanunsuz pul köçürmələri edən şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
34 yaşlı Kamil Qənbərov 2 il 6 ay sınaq müddəti olmaqla ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar dəstə yaradaraq Moskva, Kiyev, Tbilisi, İstanbul şəhərlərinə, eləcə də paytaxt ərazisində pulu bir şəxsdən digər şəxsə ötürməklə məşğul idi. Onlar Bakı ərazisində pul daşımalarına görə məbləğin 0,4 faizi, digər ölkələrdə isə 0,2 faizini xidmət haqqı kimi götürürdü.
Bu sxemlə, K.Qənbərov və digər 4 ölkədə onunla əlbir olan şəxslər 10 ay ərzində 1 milyard 138 min 174 AZN dövriyyə ediblər, bunun qarşılığında isə onlar 2 milyon 756 min 105 AZN gəlir əldə ediblər.