Bakıda bəzi ağaclar inanılmaz qiymətə satılır. Xarici ölkələrdən gətirilən ağaclar arasında hətta 120.000 manat dəyərində olanını də tapmaq mümkündür. Bu haqda XəzərXəbər reportaj hazırlayıb.
İxtisaslaşdırılmış mağazada ağac satışı ilə məşğul olan Fərman Kazımov deyir ki, burada ən ucuz bitkinin qiyməti 15 manatdan başlayır. Dekorativ ağaclar 12.000 manatdan 60.000 manata qədər, bəzən ondan da baha qiymətə satılır. Satıcı vurğulayır ki, bu artıma səbəb ağac ixrac edən ölkələrin satış qiymətlərini artırmasıdır.
Həmin ağaclar, əsasən, İtaliya və Türkiyədən gətirilir. Belə ki, 65.000 manata satılan çiyələk ağacı xüsusi sifarişlə İtaliyadan idxal olunur. Hazırda mağazada satışda olan ən bahalı ağac - “Vazo Oya” isə 12.000 manata satılır. İspaniyadan gətirilən 120-130 illik zeytun ağacları 7000-8000 manat dəyərinə müştərilərə təklif edilir.
Mağaza satıcısının dediyinə görə, Türkiyədə 80.000 manatlıq dekorativ ağac mövcuddur. Onun sifarişi və idxalı 100.000 manata başa gəlir, və Bakıda 120.000 manata satışa çıxarılır. Lakin bu qiymətə bu ağac yay aylarında bağ evləri üçün nadir hallarda alınır. Bu ağaclar mağazada saxlanmır və sifarişlə birbaşa alıcının ünvanına göndərilir.
[URIS id=46461]