Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz artıb. Bu haqda Oxu.az İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) istinadən məlumat yayıb.
Mərkəzin aprel və mayın birinci yarısı üzrə apardığı monitorinqlərin nəticələrinə görə, Ramazan ayı ilə əlaqədar şadlıq evlərində sifarişlərin sayı 72% azalıb.
Bu dövrdə göstərilən xidmətlərin dəyəri və keyfiyyəti təhlil edilib. Belə ki, təklif olunan ərzaq məhsullarının qiymətləri orta hesabla 6% artıb. 40 manata olan menyunun qiymətində artım 4%, 40 manatdan 80 manatadək olan menyunun qiymətində 6%, 80 manatdan yuxarı satılan menyuda isə 8% olub.
Paralel olaraq, bu müddət ərzində göstərilən xidmətlərin keyfiyyətində azalma aşkar edilib. Bu, belə restoranlarda işçilərin ixtisarı ilə izah olunur.