Bakıda “QadınFest” platformasının təşkilatçılığı ilə ikinci dəfə festival keçiriləcək. Bu haqda 15 iyun tarixində Bakuplus.az məlumat verir.
Azərbaycanda keçirilmiş İlk Dijital Qadın Festivalı 17, 18, 19 iyun tarixlərində ailə mövzusunda yeni sezonu ilə geri qayıdır. Tədbirin əsas məqsədi qadınlar üçün müxtəlif sahələr üzrə maraqlı spiker və ekspertlərin faydalı çıxışlarını dinləyə biləcəkləri, master-klaslarda iştirak edəcəkləri, idman və rəqslə məşğul ola, yeni dostlar qazana və hər cəhətdən faydalı zaman keçirə biləcəkləri mühit yaratmaqdır.
Bu dəfə festival mövzusu olaraq təşkilatçılar “Ailə və qadının ailədə rolu” başlığını seçiblər. “Park Bulvar” ticarət mərkəzində keçiriləcək tədbir üç müxtəlif hissədən ibarət olacaq. Birinci mərtəbədə çıxışlar və master-klaslar ilə əsas səhnə planlaşdırılıb, dördüncü mərtəbədə yerləşən planetariumda isə müxtəlif sahələrdən olan spikerlər çıxış edəcək.
İştirak ödənişsizdir, lakin əvvəlcədən qeydiyyatdan (http://shorturl.at/emnHT) keçmək lazımdır.